All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Hər ürəyin öz nəfəsi,öz səsi olur,

Ayaz Arabaçı

Hər ürəyin öz nəfəsi,öz səsi olur, Yırğalanır küləyində duyğu tülləri. Təbiətin beş-on günük nəşəsi olur, Bağçalarda alovlanan payızgülləri.

Əllərimin əllərinlə hər təmasında, Ümidlərdən-ümidlərə körpü salırsan. Əlin çatan həqiqətin astanasında, Dişlərini-dişlərinə sıxıb qalırsan..

Hər gözəlin bir ayrılıq yatır dizində, Mən duyuram,sən duymursan o həyəcanı. O dediyin dünya boyda sevgimizin də, Bapbalaca bir şüşədə gizlənib canı.

Sən heç zaman işıq gələn yolları kəsmə, Zülmət olsa hər addımda oyanacaq şər. O şüşənin üstündə də çox elə əsmə, Bir gün qəfil büdrəyərsən,əlindən düşər.

Sənə məftun baxışlara şəklini çəkdir, Hələ azdı bu dünyaya deyəcəklərin. Sənin könlün çəmən-çəmən,çiçək-çiçəkdir, Yoxdu həsrət yağmuruna geyəcəklərin...

Sən deyirsən olmayacaq...olmasın təki.. Mümkünmü heç,o sevgiyə bu qəsd olmasın.. Gedəcəksən,söhbəti yox,elə,elə ki, Səndən qalan xatirələr şikəst olmasın.

Published online