All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

hər şeyə alışırıq, başımızı sallayıb,

Ayaz Arabaçı

hər şeyə alışırıq, başımızı sallayıb, hirsimizi basırıq, səsimizi uduruq. bütün yaramazları, bütün baştutanları, başımızın üstündə bayraq kimi tuturuq.

quzulayıb tökülür içimizin divarı, belimizə nə gəldi yığıb-çullayıbdılar. çəkilibdi qınına ünlü söz adamları, ağzımızı torbatək büzüb tullayıbdılar.

kim qovacaq,axı kim, bu mənfur qaranlığı, bu ölü səltənətdə bir dənə də diri yox. sabun qoxan səylərin yüzü on para etməz, bu çamurlu suları duruldacaq biri yox.

mənim daha nağıllıq əsəblərim qalmayıb, sən mənə baxma oğlum, yum gözünü yuxuya.. bizimki ta qədimdən qarşılıqsız sevgidir, biz vətəni sevirik, vətən bizi "nihuya".

daha fərəh gətirmir içimdəki əsinti, elə dağıtdılar ki, haqqın gorunu, yoxdu... ən gözəl qələmləri ən rəzil əllər tutub.. daha bu məmləkətdə, vicdan sorunu,yoxdu..

qismət olsa görüşsək bir də başqa mövzuda, tale çıxarda bilsə məni bu qışdan yaza.. könlümün dilədiyi şeylərin dalıncayam, mən çoxdan tüpürmüşəm "nə olar", "nə olmaz"a..

Published online