Poem · Azərbaycan
Hər biri göz üstə şahlıq eləyir,
Hər biri göz üstə şahlıq eləyir, Bu qaşın o qaşdan nə fərqi var ki.. Dəlləyə bir ovuc tük topasıdı, Bu başın o başdan nə fərqi var ki..
Qəzəbim köpürüb odamda daşdı, Daşdı bu divar da, o dam da, daşdı, Ürəyi olmayan adam da, daşdı, Bu daşın o daşdan nə fərqi var ki..
Yaxamız əldədi, ha fırlanırsa, Eyni bir nizamla su fırlanırsa.. Zamanın əlində sıfırlanırsa, Bu yaşın o yaşdan nə fərqi var ki.
Gəlir dərd-azarı, bir az belə sin.. Görmədim heç zaman elə-beləsin, Allah hamısına lənət eləsin, Oğraşın oğraşdan nə fərqi var ki.
Published online
Source: https://ayazarabaci.com/writing/her-biri-goz-uste-sahliq-eleyir/