All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

hər gün gəl vaxtın olsa,

Ayaz Arabaçı

hər gün gəl vaxtın olsa, qollarımda qəfəslən. başqa şeylər şərt deyil, doyasıya nəfəslən. İsti yaz gecəsi gəl, soyuq qış axşamı gəl. kimin nə borcunadı. görsün "vapşe" hamı,gəl. qılıncını,yayını, oxunu da götür gəl. çiçəyini-gülünü, qoxunu da götür gəl. gözlərini gözümdən, bir an belə ayırma.. hər gün gəl vaxtın olsa, dəvədən fil qayırma. saat beşi adlasın. alt-üst olsun yuxum qoy. gün görsün sağlığımda, adam kimi ruhum,qoy.. sevdamızın adını, dəmirdən- daşdan yazaq. bir gün qal,vaxtın olsa, hər şeyi başdan yazaq. şərabı tərgitmişəm, göz yaşın meyim olsun. gəl ki, mənim də bir gün, özəl bir şeyim olsun.

Published online