Poem · Azərbaycan
hər arzumun başından,
hər arzumun başından, basıb keçdi bu şəhər. indi mənim gözümdə, tamam heçdi bu şəhər.
gəldim düşdüm həvəsə, küləkləri gəvəzə.. əvəz alır,əvəzə, birə-beşdi bu şəhər.
qərib tin,qərib dalan, sevəmmədim nə yalan.. ayağı suda qalan, kirəkeşdi bu şəhər..
alınmadı dostluğun, yetər könül,susduğun, içinə qan qusduğun, qızıl teştdi bu şəhər.
Published online
Source: https://ayazarabaci.com/writing/her-arzumun-basindan/