Poem · Azərbaycan
hava qəfil qaraldı,
hava qəfil qaraldı, hər tərəfi sardı çən.. sonra ara vermədən, yağmur yağdı sübhəcən.. qar kimi ağ yataqda, yuxum gözümdə söndü. əyrü-üyrü küçələr. kiçik çaylara döndü. boşaldı bulud-bulud, səmadakı acıqlar. balaca gölməçədə, qabardı dalğacıqlar. xatırladım anidən, ilk atdığım qadını. heç cür xatırlamıram, hansı ki,heç adını. pəncərədən yağmurun qoxusunu yaşadım. qəfildən aşiq olmaq duyğusunu yaşadım...
Published online
Source: https://ayazarabaci.com/writing/hava-qefil-qaraldi/