Poem · Azərbaycan
havada balıqlar uçur..
havada balıqlar uçur..yaşıl yosun paltolarda..balıqların arxasınca.qaranəfəs əsir külək.marçıldayır dodaqlarıyekəqarın pişiklərin.kimsə döyür qapımızı,silkələyə-silkələyə..öskürürəm xırda-xırda,kilkələyə-kilkələyə..gecə..saat üç. onyeddi,üç.onsəkkiz,üç.ondoqquz..otaq bumbuz,yataq bumbuz..oğulsan yat..başında bir sürü yersiz cəfəngiyyat.evlər gedir cərgə-cərgə,qatar kimi yoxa çıxır..içimdə gör neçə oyun,dirədöymə,çilingağac,topaldıqaç..kimsə qırır qapımızı-aç görüm,aç..kötəkləyib öldürəcək taxtaları..dəniz qovur balıqların,arxasınca yaxtaları..geyinirəm gödəkcəmi,kimsə çəkir ətəyimdən,getmə dayan..Mən indiüç-dörd adamam,bir-biriylə dil tapmayan..
Published online
Source: https://ayazarabaci.com/writing/havada-baliqlar-ucur/