All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

hamı şirdi,

Ayaz Arabaçı

hamı şirdi, dovşanlıq- dələlik məlum deyil. kim- kimə eləyəcək, lələlik məlum deyil.

bir az sülüklənərdik, pul alıb tüklənərdik, indidən yüklənərdik, şələlik məlum deyil.

ortalıq yaman qızır.. çatarmı dada,Xızır.. Tanrı nə plan cızır, hələlik məlum deyil..

Published online