Şeir · Azərbaycan
hamı şirdi,
hamı şirdi, dovşanlıq- dələlik məlum deyil. kim- kimə eləyəcək, lələlik məlum deyil.
bir az sülüklənərdik, pul alıb tüklənərdik, indidən yüklənərdik, şələlik məlum deyil.
ortalıq yaman qızır.. çatarmı dada,Xızır.. Tanrı nə plan cızır, hələlik məlum deyil..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/hami-sirdi/