Poem · Azərbaycan
Günlərimiz qüssə-kədərnən keçir,
Günlərimiz qüssə-kədərnən keçir, Çünki bütünlüklə hədərnən keçir.
İşləyirik günboyu eşşək kimi, Ta təpədən-dırnağa tərnən keçir.
Əldən-ələ, alnımızın dəftəri, Hər dəfə bir başqa qədərnən keçir.
Yer dəxi yox qaçmağa bu fanidən, Lənətimiz süxtə-pədərnən keçir.
Var biri həp böhtanı yelpikləyir, Ömrümüzün məcmuu şərnən keçir.
Ceyhanı seyrangah edib neftimiz, Xaricə day, nazlı kəmərnən keçir,
Pulla olur həlli cəmi qayğının, İşlərimiz anca, nəmərnən keçir.
Kütlə tamam mentalitetdən çıxıb, Eyvah atam, ər özü ərnən keçir.
Şansı gətirmiş cəmi tüccarların, Qəflə-qatır məclisə zərnən keçir.
Dönsə də zülmət gecəyə ömrümüz, Söhbətimiz şəmsi-qəmərnən keçir...
Published online
Source: https://ayazarabaci.com/writing/gunlerimiz-qusse-kedernen-kecir/