Poem · Azərbaycan
Günorta
Günorta Süleyman Rüstəmə oxşayan bir kişi keçdi yanımdan,enli qaşlarını çatmışdı. Gözləriqapalı yeriyirdi, sanki ayaqüstə yatmışdı. Yeriyirdi ləng-ləng.. ağır idi yükü. İllər qovub aparmışdı başındakı tükü. Düzü çaşdım elə bil bir almanın yarısıydı.. Qüruba tələsən baxışları payızın son sarısıydı. Gedirdi, gah küləyə deyinirdi,gah günəşə. Gedirdi çəliyinə gənəşə-gənəşə. Bozarmışdı əynindəki sovetdən qalma köynəyi.. Xıncım-xıncım olmuşdu köhnə-kirli eynəyi..
Published online
Source: https://ayazarabaci.com/writing/gunorta/