All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Günlər ötüb-keçir,hansını tutum,

Ayaz Arabaçı

Günlər ötüb-keçir,hansını tutum, Hansı yanlışımın şansını tutum, Bəlkə cavanlığın yasını tutum, Qara saçlarıma dən ölüm olub..

Könlüm gövhər üçün dərində üzdü, Mənimçün qeyrətli əlli də,yüzdü, Ayrılıq ölümdən betərdi düzdü.. Hansı ayrılığa tən,ölüm olub..

Qalibəm hər zaman haqq vuruşunda. Üstümdə haqqı var adi quşun da.. Bülbül can veribsə gül ağuşunda, Ölümü ən gözəl,şən ölüm olub..

Nəyə yarayacaq mey,nəyə daha, Ovutmaz qəlbimi neynəyə,daha, Əllərim uzanır eynəyə daha, Gözümə sis-duman,çən ölüm olub..

Hər alver yumşalıb insafa çıxmaz, Könlümdən eşq adlı bu cəfa çıxmaz, Dərd mənə heç zaman bivəfa çıxmaz, Arada yekə bir "mənölüm"olub..

Əsil ünvanını sözüm bulmayıb... Uduzdum həmişə dözüm bulmayıb.. Ən böyük alimlər çözüm bulmayıb, Həyatda ən çətin fənn ölüm olub..

Bu elə,bu yurda aid ocağam.. Qışı da gözələm,yayı da çağam.. Üç ilə-beş ilə qayıdacağam, Gələndə dağlara "sənölüm"olub..

Published online