All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Gülüşünü yaşatdım

Ayaz Arabaçı

Gülüşünü yaşatdımkönlümdə qəlpələrlə,Oynadım külək kimi gözündə ləpələrlə,Günlərimi keçirdim, balaca təpələrlə,Yüksəklərə can atıb, əngini götürmədim..

İpə-sapa yatmadı,uçub getdi saatlar,Sənli xatirələrin hər gecə bağrı çatlar,Şahin qanadlı oldu sənə çapdığım atlar,Heç zaman axsağını, ləngini götürmədim.

Bəydən qorxum yoxuydu,xandan qorxum yoxuydu,Canı qurban demişdim, candan qorxum yoxuydu..Bilirsən ki,"davadan-qandan" qorxum yoxuydu..Nədənsə cidalını-cəngini götürmədim.

Uyutmaz ürəyimitəzə dəm, təzə maya,Baxışların sapıydı yaramı közəməyə,Evimi,otağımı,qəlbimi bəzəməyə,Mən niyə gözlərinin rəngini götürmədim.

Hələ ki,ayrılığın,həsrətin kefi kökdü,Bilmirəm ey ,bəlkə də içinə şübhə çökdü..Telefon əllərimdə özünü yedi-tökdü... İradəmi toplayıb zəngini götürmədim..

Published online