Poem · Azərbaycan
Gün elə bu gündür,
Gün elə bu gündür,bayraq günü.bu vətəni istəməyən alçaqlarıngözünə barmaq günü!.dilimdə söyüşləro qədər maddi vəziyyətini düzəldib,dirçəlib ki, bəlli ünvanlara.bütün məsuliyyətimlə tüpürürəmdonmuş vicdanlara.niyə çəkilmisən qınına,ey yerkökü, ey bozalaq,ey cəfəri..Babəkdi, Koroğludu,Cavanşirdi mənim misralarımınhər nəfəri.gün elə bu gündü-vətənin südlü döşlərini əmənqoduqların ağzını cırmaq günü.gün elə bu gündü,ürəyini işğal eləyənqorxunun gözünü qırmaq günü..bu gün qızıl qanınqurdların süfrəsində şərbət..sən o gic-gicpafoslu bayraq şeirləriniəzbərləməkdənsə,yatmış qeyrətini tərpət,həqiqəti anla.özünü küncə qoy, hədələ,tüpür, danla.nə qədər eşələnəcəksənçirkab çalasında.nə qədər gizlənəcəksən dovşan talasında.bir də deməyəcəyəm bunu,unutdunmu savaşların oğlu olduğunu..
Published online
Source: https://ayazarabaci.com/writing/gun-ele-bu-gundur/