Poem · Azərbaycan
Götürsə də hər tərəfi bağça-bağ,
Götürsə də hər tərəfi bağça-bağ,Dərd qoxuyur, qəm qoxuyur burası..Çürütmüşəm haqq-hesabı zamannan,Saatım yox, gələcəyə qurası..Ən möhtəşəm üç arzumun birinin,Halım yoxdu ayağına durası..Uzaqbaşı üç-dörd yavan xatirə,Onun da ki, ələ gəlmir urası..Sıxılıram..
İçi gülmür yüz otaqlı sarayda..O qız niyə hər otaqda ağlayır..Axşam-səhər pəncərəmin önündə.Bir quş gəlib ömrə, baxta ağlayır..Nə zaman ki, götürürəm qələmi,Barmaqlarım hər varaqda ağlayır..Tanrım, daha göz yaşını ləğv elə,Görmürsənmi hamı saxta ağlayır..Çıxılıram..
Əlim gəlməz daşlamağa heç kimi,Ziyan gəlməz bir kimsəyə daşımdan..Oxu məni ürəyimdən-gözümdən,Oxu məni,kirpiyimdən-qaşımdan..Həyat məni bundan belə boş burax,Çıxartmışam çox şeyləri başımdan.Didir məni içimdəki inilti..Utanıram övladımdan,yaşımdan..Yıxılıram..
Gedənlərin biri dönüb qayıtmaz,Yaxın gəlməz alovuma-közümə.O qədər ki, səbrini bas dedilər,Heykəl qoydum ürəyimdə dözümə.Heç elə bil tanış deyil buralar,Yad görünür qoca dünya gözümə,Qətrə-qətrə yığılıram hərədən,Yığılıram yavaş-yavaş, özümə.Yığılıram.
Published online
Source: https://ayazarabaci.com/writing/goturse-de-her-terefi-bagca-bag/