All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Gənələr daraşıb damarımıza,

Ayaz Arabaçı

Gənələr daraşıb damarımıza, Daraşıb,zürafə gənəsi boyda. Tənə görməmişik bu günə kimi, Sabirin,Cəlilin tənəsi boyda.

Ağından daha çox qaraları var, Yad əli dəyməmiş haraları var, Bu xalqın sağalmaz yaraları var, Aralın,Xəzərin sinəsi boyda..

Arazda min qanlı baş axıtmışam, Yağının başına daş axıtmışam, Mən haqqın yolunda yaş axıtmışam, Hər biri bir əncir dənəsi boyda.

Kəpəzlə ortağam,Murovla tənəm, Küləyin,tufanın boz üzü mənəm, Başım pozulanda açılır çənəm, Azıx Antropun çənəsi boyda..

Sonuncu söhbətdi bəlkə də ət,ən.. Bir çətən külfət var,evdə, bir çətən, Kaş bircə yaxmalıq sevəydi vətən, Bizi də,Cırtdanın nənəsi boyda..

Published online