Poem · Azərbaycan
Gəlib, quzu-quzu gəlib,
Gəlib, quzu-quzu gəlib, Dadı gəlib, duzu gəlib, Ağlıma bir mövzu gəlib- Hamam suyu, hamam suyu.
Məclis qurub tost tutmuşam, Ağır, pullu post tutmuşam, Sənnən neçə dost tutmuşam, Hamam suyu, hamam suyu..
Qiymətin var axça-axça, Səninkidir bu bağ-bağça, Yaşatmısan məni "yaxca", Hamam suyu, hamam suyu.
Əlli illik xatırımsan, Eşşəyimsən, qatırımsan, Sən ən yaxşı yatırımsan, Hamam suyu, hamam suyu.
Gördüm sevdim hər rəng səni, Al qırmızı-pürrəng səni, Hətta içim gərək, səni, Hamam suyu, hamam suyu..
Published online
Source: https://ayazarabaci.com/writing/gelib-quzu-quzu-gelib/