All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

gecə qaçan yuxumu,

Ayaz Arabaçı

gecə qaçan yuxumu, səhər tapıb gətirdi. bir də gələndə vurma, ayrılıq pis ətirdi.

isti-yun gödəkcədə, üşütdüm- payız gəlib. sənin də pəncərənə, eşitdim,payız gəlib..

mənə odu gərəkdir, qəlbinin hisi,deyil.. Bunun adı ölümdü, cocuq sevgisi deyil.

könlümdə özgə bir səs- ün oldumu, olmadı. səni düşünmədiyim, gün oldumu, olmadı.

nə yazım ki, öləsən- oxuyub,təkliyimdən. cild-cild kitablar çıxar, mənim eşşəkliyimdən..

özüm də məəttələm- məəttələm doğrusu. niyə azadlıqdasan, ürəyimin oğrusu ..

Published online