Şeir · Azərbaycan
gecə qaçan yuxumu,
gecə qaçan yuxumu, səhər tapıb gətirdi. bir də gələndə vurma, ayrılıq pis ətirdi.
isti-yun gödəkcədə, üşütdüm- payız gəlib. sənin də pəncərənə, eşitdim,payız gəlib..
mənə odu gərəkdir, qəlbinin hisi,deyil.. Bunun adı ölümdü, cocuq sevgisi deyil.
könlümdə özgə bir səs- ün oldumu, olmadı. səni düşünmədiyim, gün oldumu, olmadı.
nə yazım ki, öləsən- oxuyub,təkliyimdən. cild-cild kitablar çıxar, mənim eşşəkliyimdən..
özüm də məəttələm- məəttələm doğrusu. niyə azadlıqdasan, ürəyimin oğrusu ..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gece-qacan-yuxumu/