Şeir · Azərbaycan
gecə saat 3.50
gecə saat 3.50 şəhərdə seyrək duman. əlimdə bir siqaret, başımda min bir güman. çəkinmədən araya biləcəyim bir nəfər.. iki zəng və tərəddüd-götürəcək bu səfər. görüb qəfil nömrəmi, şaşırarmı, şaşırmaz. dolaşıb əşyalara aşırarmı-aşırmaz. gecənin günortası.. külək də sanki bayquş.. gedib köklənib ona olan ağıl, qalan huş. qanadı çölə çıxıb əynimdəki köynəyin.. kökü uzaqdan gəlir, içimdəki göynəyin. gecə saat 3.50 -eşidirəm ay dəli..
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/gece-saat-3-50/