Bütün şeirlərAyaz Arabaçı
EN

Şeir · Azərbaycan

Gecə saat beşdə durub yuxudan,

Ayaz Arabaçı

Gecə saat beşdə durub yuxudan,Yerimdə gah sola, gah sağa döndüm.Göyün yaxasını sökməmişdi dan,Bükülüb əl boyda yumağa döndüm.

Ötürdü ətrafda acı kədərlə,Gecə quşlarının hüzünlü səsi.Öldürdüm qaranlıq düşüncələrlə,Canımda yatmağa olan həvəsi..

Nəsə titrəyirdi xatirəmdə dün,Divarlar yelləndi..üstümə aşsın..Altını-üstünə çevirdim ömrün,Heç nə tapmadım ki,eynimi açsın..

İnlədi qəlbimdə boğuq bir kaman,Bu nə sızıltıydı, bu nə ünüydü..Divar saatından qan damırdı qan,Təqvimdə avqustun payız günüydü..

Elə bil ağzımdan alıb dişimi,Sinəmi bir dəfə gəmirdi ürək.Küçədə həyasız bir qadın kimi,Gecənin saçını yolurdu külək.

Əl atdım yaxama,özümü yıxdım..Ölüm qoxuyurdu bu qəmli hücrə..Əynimi geyinib küçəyə çıxdım,Bir siqar yandırdım adəti üzrə..

Saytda dərc olunub