All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Gecə də-gündüz də girəvə gəzir,

Ayaz Arabaçı

Gecə də-gündüz də girəvə gəzir, Qarğalar-quzğunlar didələr məni. Elə ölərəm ki,qəfildən oğlum, Ağlayıb qurtarmaz didələr məni..

Heç nədən qaraltdım üzü al ömrü, Sərgiyə qoymadım vizual ömrü, Özüm yaratdım ki,bu vağzal ömrü, Gələlər,atalar-gedələr məni..

Etmədim həyatda heç kimə biət, Ancaq öz yolumu qət elədim,qət. Bir işıq qənimi,bir qara niyyət, Hətta şəkildən də hədələr məni..

Dəyişməz heç kimin gözümdə rəngi, İçimdə "Misri" var,sözümdə "Cəngi", Vecimə almıram topu-tüfəngi, Bircə ayrılıqlar zədələr məni.

Bezmə bu yanıqlı neydən İlahi, Süz gəlsin dərd adlı meydən,İlahi, Bəs niyə daş yağmır göydən,İlahi, Çəkir imtahana gədələr məni..

Gözüm gördüyünə gözəldi dedim, Dərdimə dəyməyin özəldi,dedim.. Sinəmə bir qatar söz gəldi,dedim, Gərək bağışlasın dədələr məni..

Published online