All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Fikir məni köhləninə mindirib,

Ayaz Arabaçı

Fikir məni köhləninə mindirib, Gah arana,gah da dağa aparır. Təpikləyir ortalıqda top kimi, Ayaq- başa,baş-ayağa aparır..

Arzuların yavaşında qalmışam.. İki cahan savaşında qalmışam, Qırx ildi ki,on yaşında qalmışam, Xəyal məni hansı çağa aparır..

Şillə var ki,bal ovucda tumardı.. Atam bizdən adam olmaq umardı.. Bu dünyada hər nə varsa,qumardı, Bir gün nökər,bir gün ağa aparır..

Gözümdəki Fərat-Dəclə pozulmur.. Oğlum-qızım,günah Həcclə pozulmur.. Ulu nizam heç bir vəchlə pozulmr, Ağ-qaraya,qara-ağa aparır.

Üç addadı içindəki müəmma, Bu alfadı,bu bettadı,bu qamma.. Sən hayana gedirsənsə get amma, Bütün yollar Qarabağa aparır..

Published online