Poem · Azərbaycan
Fikirlərimi bir yerə yığıb
Fikirlərimi bir yerə yığıb cəmləşdirdim, Duyğularımı içirdib dəmləşdirdim. Saat 8 də yoxluğa qapıldım. 10-a 10 dəqiqə qalmış tapıldım.. Məndən ötrü tökülən göz yaşlarını unutdum. Dünyanın bütün oğraşlarını unutdum. Sərhəddimi çəkdim,səddimi düzəltdim.. Əyilmiş-bükülmüş qəddimi düzəltdim. Bir az şəhərdəki heykəllərlə məzələndim. Bir az küləyin qabağına qatıb qovduğu qıza baxıb təzələndim. Xatirələrim çörəkləndi. İçim başdan-başa fərəhləndi. Əliyə zəng vurdum, Vəliyə zəng vurdum. Pirvəliyə zəng vurdum. Uşaq vaxtı məni döyən dəliyə zəng vurdum. Lüks yataqdan daha lüks çəmənliyə uzandım. Özümü milyon işıq ili uzaqdakı ulduzda sandım...
Published online
Source: https://ayazarabaci.com/writing/fikirlerimi-bir-yere-yigib/