All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Ey Arazda şaxələnən çinarım.

Ayaz Arabaçı

Ey Arazda şaxələnən çinarım. Ey axdıqca tükənməyən pınarım. Hər qayamı, hər daşımı oyadan, Tariximi, yaddaşımı oyadan, Köhnə-köşkül üslubları devirən, Vicdanını misralara çevirən. Hər bəndi bir sərhəd daşı, şairim, Şerimizin əlhəd daşı şairim.. Sən oldun bu ətaləti təpədən, Tapdım səni içimdəki dərbədən. Yaşamadın bir yalançı xəyaltək. Əyilmədin bir kimsəyə sualtək. Hay-küy yoxdu yamaq yoxdu adında. Bir kef yoxdu-damaq yoxdu adında. Gözəl qaldın adamların yadında. Köksümüzə saf toxumtək əkildin.. Bu dünyadan inciyəndə, küsəndə, Dəniz kimi öz içinə çəkildin. Qara-qara pərdələri günəşin, İşığına aralayan şairim. Bu vətəni misra misra sağaldan, Misra-misra yaralayan şairim.. Hər şerində daş ağlayan şairim, Bu millətin, bu vətənin dərdinə, Hər şairdən baş ağlayan şairim. Sən öyrətdin acıya dik durmağı. Bacarmadı sənin kimi, Çoxları həqiqətin binasını qurmağı. Ey Arazda şaxələnən çinarım, Ey axdıqca tükənməyən pınarım.. Nə adından xəcalətli söz gələr, Nə sözündən hüzün düşər bu yurda. Ey Arazda şaxələnən çinarım, Kölgən hələ uzun düşər bu yurda. Ey yalançı hikmətlərdən uzağım. Ey ruhumu aydınladan sazağım. Misraların başımıza od tökür, Sənin sözün qarlı qışdan uzaqdır. Minnətdaram sənə görə Tanrıya, Şeirlərin yalvarışdan uzaqdır.

Published online