All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Əyildi 50-də havalı başım,

Ayaz Arabaçı

Əyildi 50-də havalı başım, Qalib gələmmədim vaxta şeirnən.. Yox daha,heç cürə qovuşmaq olmur, Nurlu bir taleyə-baxta şeirnən.

Hər sözün gün ağlar,ay ağlar altda.. Yoxdu o mən deyən dayaqlar,altda.. Gör necə endirdik ayaqlar altda, Çıxmışdı şah babam taxta,şeirnən.

Ayaqdan kəsirəm,qola verirəm, Sağın töhmətini sola verirəm, Ömürdü birtəhər yola verirəm, Taxta peçenyeynən,taxta şeirnən.

Ürəyim açılmır qıfıla düşüb, Çiynimə elə bil fırfıra düşüb, Sözün hərarəti sıfıra düşüb, Sınmır içimdəki şaxta,şeirnən.

Söz altda bir gün də qala bilmərəm, Hər uçuq divarı qala bilmərəm, Mən heç "plavki"də,ala bilmərəm, Nəinki Xəzərdə yaxta,şeirnən.

Kamil adamda da nisbi xəta var.. Yerdən yalvarış var,Göydən əta var.. Gör neçə qəhrəman şair-ata var, Xacə duyğularnan,axta şeirnən.

"Mənə həcv yazır hər yoldan ötən". Düşübdü arxamca dərd-sər bir çətən.. Mən necə düşəcəm tarixə Vətən, Bu saxta ilhamnan,saxta şeirnən...

Published online