All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Əvvəllər vaxt qum kimiydi

Ayaz Arabaçı

Əvvəllər vaxt qum kimiydi axırdı.. İndi daş kimidi.. Sanki daha heç nəyin zamana dəxli yoxdu. Ox uzanıb özüyçün,kamana dəxli yoxdu. Sağlar-sollar bağlıdı..bütün yollar bağlıdı. Adam beş gün bal olanda bir gün də gərək arı olsun. Söyüşlərimi məlum hesablara keçirdim- halal xoşları olsun.. Həvəs yoxdu heç nəyə, hətta yeməyə belə, gündə iki yumurta..o da ki,yəni "mırt"a.. Kolbasa qızartmışam, şama dəvət etmişəm küçədən bir pişiyi.. yoldaşım kənddən gəlib əl qatacaq özünə: -gör,nə günə qoyubsan yenə evi-eşiyi.. Unutmaq zamanıdı igidliyi-ərliyi... Müqəddəsdi mənimçün, hüquq bərabərliyi)) Get-gedə qadağalar, fərmanlar qəddarlaşır.. Məlhəmlər qəddarlaşır, dərmanlar qəddarlaşır.. Hələ ki,cansıxıcı bir tələ var qabaqda, Zəlzələ var qabaqda,vəlvələ var qabaqda.. Kötək kötəkdi elə-ya arifdən,ya xamdan.. Bu dəfə bərk yapışıb qüssə-kədər yaxamdan. Sən də haqlısan əslində Yetənə- yetən,yeməyənə bir daş atan dostum. Ünvanıma dediklərinə susdum. Taledi də hərə bir yol çömçəsini bulayır.. Mən bilirəm, bilirəm küçə itləri niyə belə yazıq-yazıq ulayır..

Published online