All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Əvvəlcə nur çilədin,

Ayaz Arabaçı

Əvvəlcə nur çilədin, içimdəki zülmətə. Sonra zülmət yaratdın ondan min qat da qatı.. Nə ittiham etməyə gəlmədi üzüm nə də, Susdum deyə bilmədim, burax bu zarafatı.. Görüşdük uzun-uzun- Cəmi beş-on dəqiqə.. Mən qanayan ürəklə,sən deşilmiş yarayla. Ağır olsa da budu,neyləməli həqiqət, Zəfər əldə olunmur sevgidə hay-harayla.. Durdu bir vida kimi qarşıda yol ayrıcı Ən gözəl arzulara ürəyimin səsiydin. Əsib keçdi içimdən bir külək acı-acı, Bəlkə də sən sonuncu cazibə qüvvəsiydin. Mənim köksümün altda ürək vardı axı bəs.. Nə isə..salam olsun bütün qızıl eşqlərə.. Mən daha inanmıram bir də sənintək heç kəs, Alıb qaytara bilməz yaşımı "onbeşlərə"

Published online