All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Elə, öyrənmişik başdan-binadan,

Ayaz Arabaçı

Elə, öyrənmişik başdan-binadan,Bizi kədər sevə,dərd əzizləyə.Biri başımızı kötüyə darta,Biri təpikləyə,biri "biz"ləyə.Gedib yalvarıb da daş ürəkliyə,Gedib sabunnanaq ikiüzlüyə.İtib göylərin də müqəddəsliyiAdam saf ruhunu harda gizləyə.Titrəyə-titrəyə açır əllərim,Gündə bir qapını ümidsizliyə.Bu ölkə yaşanmaz bir hala gəldi.

Gedirsən balaca bir iş dalınca,Bir günü eləyib il,uzadırlar.İtir olan-qalan son gümanın da,Vurub meyidinə,şil uzadırlar.Görürsən hər yeri zəbt eləyiblər,Görən gözlərinə mil uzadırlar.Qəfil isti-isti "suç" üstə tutub,Öldürüb yoluna fil uzadırlar.Dalınca nə ki,var çərənləyirlər,İsti ocağına dil uzadırlar.Bu ölkə yaşanmaz bir hala gəldi.

Niyə əllərini yanına salmır,Dağıdır-talayır əli uzunlar.Axı babamdısa belə olmayıb,Göytürklər,qıpçaqlar,oğuzlar,hunlar.Görmürmü kor olmuş gözləri ilə,Dilənçi kökündə bu xalqı,bunlar.Hayandan çoxaldı belə qəfildən,Vicdanı cüzamlar,ruhu taunlar.Yedi ömrümüzü ,yedi bitirdi,Yedi bu qıjılar,bu plaunlar.Bu ölkə yaşanmaz bir hala gəldi.

Təzəli-köhnəli nə qədərdi gööör,Başımız üstündə sıyrılıb əsən.Deyən də yoxdu ki,a,bala kimsən,Deyən də yoxdu ki,a, bala nəsən..Ən ali yerlərdə qərar tutubdu,Ən ali yerlərdə,oğru,cibkəsən.Çoxunun da adı Əli,Məhəmməd,Çoxunun da adı Hüseyin,Həsən.Kimə hönkürəsən içini kimə,Başını götürüb hara gedəsən,Bu ölkə yaşanmaz bir hala gəldi..

Guya bilmirlərmi,yaxşı bilirlər,Kimin adındadı kimin səhvləri.Onsuz da söyürəm gündə yüz dəfə,Bu xalqa,bu yurda naxələfləri.İyli cəsədləri içinə yığan,Tabuta oxşayır kitab rəfləri.Əlləri üstündə gəzdirir hamı,Oğru Qəzənfəri,çərçi Səftəri.Alın yazımızdan qabaq yazılıb,Bizim adımızın nisyə dəftəri..Bu ölkə yaşanmaz bir hala gəldi..

Published online