All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

elə tərifləyirlər

Ayaz Arabaçı

elə tərifləyirlər burda daşı-tikanı, gözlərinə qəfildən bələk kimi görünür. daha mən bu dünyada heç nəyə inanmıram, doğru əməllər belə kələk kimi görünür. kimin ki,bir balaca, arpası artıq düşür başımızda qoz qırır fələk kimi görünür. görən bu nə bəladı, nə dərddi biz düşmüşük, qotur-qotur pişiklər pələng kimi görünür. gərək day şeytan haqda başqa fikrə düşməyim, adamlara baxmış o, mələk kimi görünür. o qədər dərd keçib ki, könlümün qapısından ürəyim həkimlərə ələk kimi görünür. çıxıb bir gün uçacam göy üzündən o yana, qollarım hərdən mənə lələk kimi görünür...

Published online