Poem · Azərbaycan
Elə bil ki qanlarını içmişəm,
Elə bil ki qanlarını içmişəm,Çoxu mənim zəfərimə kor olur..Elədiyim bir iş girmir hesaba,Başqaları eləməmş "ko" olur..
Al canımdan,bu "premya" qurtarsın..Bizi dərddən hansı "semya" qurtarsın?..Dana istər akademya qurtarsın,Uzaqbaşı deyəcəyi "mo" olur.
Arzularım kül altında kömbədi,Könlümdəki eşq atəşi sönmədi..Bir xanım var ingilisdən dönmədi))Ha yalvarsam axır sözü "no" olur..
Dünən bir də vərəqlədim Qoqolu,A,Koroğlu,a,Xan Eyvaz,a,Bolu,Əvvəl-axır getməliyik bu yolu,Gəlsin- çıxsın,görək kimdə "ho" olur.
Yarasını hansı təbib sarıyır..O qız niyə ər evində qarıyır..Neyim nədən bir kök üstə zarıyır,Məndə niyə notun hamsı "do" olur..
Təzə girib cəhənnəmin od ayı,Arvadına kişi tapıb o dayı..Şirin gəlir okeanın o tayı,Ruhum hərdən Edqar Allan Po olur..
Qoyub gəldim ürəyimi səfərdə,Bir qəmərüz,bir nazəndə nəfərdə..Dərd eləmə Fatmanisə,Cəfər də,Görərsən ki,bir gün dönüb Co olur..
Bilirsənmi kim gəzibdi o "ZİM"də,Yollar gəlib baş qoyubdu dizimdə,Fəal həyat tərzi üçün bizim də,Süfrəmizdə su qatılmış "qo" olur..
Neçə ağrı,neçə dram yükləyib,Səadəti qram-qram yükləyib,Tanrı mənə bir proqram yükləyib..Ürəyimə nə damırsa o olur..
Published online
Source: https://ayazarabaci.com/writing/ele-bil-ki-qanlarini-icmisem/