All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Eh,hamını taleyi,

Ayaz Arabaçı

Eh,hamını taleyi, Taxta,məgər qaldırır ? Yaxşı gücü bəxtinin- Varsa əgər,qaldırır..

Öz nəfsindi,öz yükün, Göz yaşındı duz yükün, Mənim kimi söz yükün, Hansı nökər qaldırır..

Ürək yanır sinəndə, Susdururlar dinəndə, Eşq adamı minəndə, İkitəkər qaldırır..

Qərib könlün sızlar,a, Qoşulma yalqızlara, Baxma şirin qızlara, Sevgi şəkər qaldırır..

Published online