All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Dəyişdi hakimlər,dəyişdi zərlər,

Ayaz Arabaçı

Dəyişdi hakimlər,dəyişdi zərlər, Oldu əl quzusu ər oğlu ərlər, Çəkildi çarmıxa milli dəyərlər, Həya da qurtardı,abır da keçdi..

Göylərə çatmadı fəryadı,ahı, Nəydi bu millətin səhvi-günahı, Farsın,ingilisin,rusun tamahı, Nədən bu torpağa,bu yurda keçdi.

Kökləyib ürəyi uca niyyətə, Başladıq inanıb haqqa biətə, Arzular qovuşdu əbədiyyətə, Zəfər də gəlmədi,uğur da keçdi..

Gördük ki,bu işin min əmması var, Sağ əlin sol əldən təmənnası var, Həyat zindandısa nə mənası var, Günümüz ya orda,ya burda keçdi.

Yağıya-cəllada nə umu-küsü, Silindi naxışı pozuldu süsü, Sındı xəyalların gümüş güzgüsü.. Ömrümüz nisgildə-qübarda keçdi..

Nə tüstü kimiyik nə baca kimi. Qalmışıq çözülməz tapmaca kimi, Heyif ki,pas atmış tapança kimi, Qızıl günlərimiz qoburda keçdi..

Published online