Poem · Azərbaycan
Dəyişməyib yenə də eyni yol,eyni şəhər..
Dəyişməyib yenə də eyni yol,eyni şəhər.. Burulanda döngəni görüşürük hər səhər .. Boğazımda göynəyir düyünlənib qəm-qəhər.. İçim çilik-çilikdi,qəlbim qırıq-qırıqdı. Bu necə ayrılıqdı..
Gözlərini qapayıb ilan dilli oyuqlar.. Gülüşünü havada öpür qaratoyuqlar, Yoxa çıxıb gözündən öldürücü soyuqlar, Yerişlərin həlimdi,baxışların ilıqdı. Bu necə ayrılıqdı..
Burax getsin başını o mənfur darıxmağın, "Nəyini özləmişsin"mənim kimi axmağın, Sağ çiyninin üstündən dönüb-dönüb baxmağın, Bir növ ümidsizliyə,təsəllidi,qılıqdı, Bu necə ayrılıqdı..
Düzdü o gündən bura yarası qaysaqlamır, Ürəyim qabaqkıtək sinəmdə sarsaqlamır.. Ayrılıb gedən adam heç nəyi srir saxlamır.. Heç kimə deməmisən xətrin məndən qalıqdı, Bu necə ayrılıqdı..
Bu şerin hər misrası təzəmi-tərmi olsun, Son görüş olmadı ha son sözün mərmi olsun.. Elə gərək arada bəzi şeylərmi olsun.. Ortada iki ruh var bir sudu,bir balıqdı.. Bu necə ayrılıqdı..
Published online
Source: https://ayazarabaci.com/writing/deyismeyib-yene-de-eyni-yol-eyni-seher/