All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Deyirlər saçını nə tez ağartdın,

Ayaz Arabaçı

Deyirlər saçını nə tez ağartdın, Gündə min dərd qovur,sər tutur məni. Yaxamı nə qədər yana çəkirəm, Yenə də hərlənib şər tutur məni..

Bəs mənim Allahım hansı qatdadır, Odamı şeytannan məzə partdadır, Bağrımı haqsızlıq minib çatdadır, Elə haqq deyəndə çər tutur məni.

O kimdi böyürür mətin ol,mətin, Adamdan bahadı kilosu ətin, Kül olub başına bu məmləkətin, Hələ oğul bilir,ər tutur məni..

Səs yoxdu cəhənnəm,barı ün olsun, Nə vaxt gün doğdu ki,bizə,gün olsun.. Bu nərdi çıxardan tünbətün olsun, Yüz ildi zər atır-zər tutur məni..

Ay verən yiyəsi,alan yiyəsi.. Ay eşşək yiyəsi,palan yiyəsi, Ay evi yıxılmış yalan yiyəsi, Sənin əvəzinə tər tutur məni...

Published online