Poem · Azərbaycan
Çoxunun deməyə cürəti çatmır,
Çoxunun deməyə cürəti çatmır, Canım bu "qürbət"də əridi,dədə.. Dün gecə ürəyim sinəmdən çıxıb, Div kimi üstümə yeridi,dədə..
Çürüdüm yolunda boş istəklərin, Yoxdu köməyində duran təklərin... O telli-toqqalı köstəbəklərin, Hamsı bir-birindən "heri"di dədə..
Neynirəm Günəşdə,Ayda qanunu, Varlıya şamilsə fayda qanunu... Yerdə işləmirsə qayda-qanunu, Bəs Allah haranın meridi dədə..
Yalanlar üfləsə yüzovurddu şər, Gözdən vətən düşər,sözdən yurd düşər.. Sənin bilmədiyin şeyə qurd düşər.. Bu nəyin alıdı-veridi dədə..
Guya ki,kamına hər bivec çatır.. Sən hələ bir yoxla,bir gör heç,çatır.. Bilirsən nə üçün mənə gec çatır.. Saatım zamandan geridi dədə..
Kimin əlindədi,kimin daməni, Yellərə verəcəm mən bu naməni, Kişi söhbətinə qatma ta,məni.. Vurub ağlamağın yeridi dədə..
Published online
Source: https://ayazarabaci.com/writing/coxunun-demeye-cureti-catmir/