All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

çürüdü səpdiyim dən,

Ayaz Arabaçı

çürüdü səpdiyim dən, quşlar da şuma gəlmir. heç nə zövqümcə deyil, heç kim xoşuma gəlmir. neçə şirin arzunun vayına oturmuşam. sözü yadımdan çıxan, ayinə oturmuşam. vaxt vardı hər bir tərəf, gözəl bağ-bağat idi.. hara gəldi çapırdım, tale bir ağ at idi. dirənibdi üzümə ömür daha biyardı. içimdə gizlənmşəm, könlüm xəlvət diyardı. gözümdən allı-güllü mənzərələr yıxılmış.. motal papaqlı dağlar, boz dərələr yıxılmış... bir yol vardı,bölündü- cığırlanıb gedirəm. eh..mən də yavaş-yavaş, dığırlanıb gedirəm.

Published online