Poem · Azərbaycan
Çox da ki,sayılmır sözüm söz kimi,
Çox da ki,sayılmır sözüm söz kimi, Hər dərdə min dənə çözüm bilirəm. Harda sevinəcək gedib ürəyim, Kimdə ağlayacaq gözüm,bilirəm.
Yol ağdan baş alır qaraya qədər.. Təbibə-dərmana-yaraya qədər.. Çatacaq işığım haraya qədər, Sönəcək hayanda közüm,bilirəm..
Beşini-üçünü tutub gedirəm, Bir eşqin suçunu tutub gedirəm, Yalandan ucunu tutub gedirəm, Bir axmaq ümiddi dözüm bilirəm.
Bu dünya yatmadı döşümə daha, Səni də vurmuşam dişimə daha, İlahi,qarışma işimə daha, Bundan sonrasını özüm bilirəm.
Mənə bu dünyada baldı acı da, Balamtək sevirəm ehtiyacı da.. İstəsəm ən güclü taxtı-tacı da, Dərbədər eləyər sözüm,bilirəm.
Published online
Source: https://ayazarabaci.com/writing/cox-da-ki-sayilmir-sozum-soz-kimi/