All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Çöldə bekarçılıqdı,

Ayaz Arabaçı

Çöldə bekarçılıqdı, İçdə bekarçılıqdı. Boş yerə yol yorturuq, İşdə bekarçılıqdı.

Bir orta hədd tapmırıq, Verməyə vəd tapmırıq, Taxmağa ət tapmırıq, Şişdə bekarçılıqdı.

Qara qızıl,ağ qızıl.. Haqq deyirəm haqq qızır.. Ver görüm o saqqızı, Dişdə bekarçılıqdı..

Published online