All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Çöldə min il yağsa nədi,kəssə nə,

Ayaz Arabaçı

Çöldə min il yağsa nədi,kəssə nə, Öz dolusu,öz yağışı könlümün... Ən günəşli bahar gələ çəkilməz, Bundan belə qarı-qışı könlümün.

Göz yaşımdan torpaq dəmdi,səma dəm, Mən bir eşqin şərabından dəm,Adəm.. Həsrətindən nalə çəkib dəmadəm, Gecə-gündüz yanar başı könlümün.

Nə vardısa həsrət deyib qurtarıb.. Məktubunu güvə yeyib qurtarıb.. Ayrılığın alıb geyib qurtarıb, Nə zəri var,nə qumaşı könlümün

Mənim bəxtim başı üstə durubdu, Haçan baxdım,hardan baxdım qürubdu. Bir dilbilməz həsrət üstə qırıbdı, Simlərini neçə naşı könlümün.

Köksüm altda alovlanar,qor-ahlar, Biçər məni göyərdikcə oraqlar, Uçub getmiş kəkliyini soraqlar, Yetim qalmış dağı-daşı könlümün...

Published online