All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Çöküb əlindən daha, bu axtarış sistemi,

Ayaz Arabaçı

Çöküb əlindən daha, bu axtarış sistemi, Axı nə axtarırsan"Quql"dan Arabaçı. Gəmir yalquzaq kimi öz qoyun taleyini, Nə Allahdan mədət um,nə quldan Arabaçı.

Getdi hey dağa çıxdı,hey, Büsutun yolların.. Tüstüsünü çox uddun sən bu tütün yolların.. Bu dünyaya gələndən sənin bütün yolların, Döşənibdi tikandan,çınqıldan Arabaçı..

Neyləsən də təxtindən bu murdar gərdiş düşməz, Məzlumdan min baş düşər, zalimdən bir diş düşməz, Kef elə, bu vilada deyinməyə iş düşməz, Nə qədər istəyirsən donquldan,Arabaçı..

Heç nə düzəlməyəcək and olsun ağ başına.. Əli yağlının biri sürtməz ki,yağ başına.. Dartıb qoyma özünü qətiyyən dağ başına, İtətökdü sənintək oğuldan Arabaçı..

Ürəyinin odudu gözündə yaş qaldırır.. Son kərə son gücüylə hərə bir daş qaldırır.. Gördün ki,acı sözlər dilindən baş qaldırır.. Altına qoy konfetdən-noğuldan,Arabaçı..

Published online