Poem · Azərbaycan
Çıxır kədərinin zirvələrinə,
Çıxır kədərinin zirvələrinə, Enir dərdlərinin dibinə adam, Ömründən xərcləyir,canından yeyir, Girir ürəyinin cibinə adam.
Xəyalı gələcək əsrdə qalır, Qəm adlı möhtəşəm qəsrdə qalır, Sevinci hər zaman kəsirdə qalır, Çıxır arzuların kəfinə adam..
Gözündən od yağdır,qəm ələ,gəlmir, Üç günə-beş günə əmələ gəlmir, Gəzib-axtaranda hər ələ gəlmir, Dərində gizlənir dəfinə adam.
Bənzəyir bir ömür dən gəzən quşa, Həyat əzəl gündən atıb vuruşa, Baxıb qazandığı beş-on quruşa, Gedib soğan alır kefinə adam.
Hər işdən süzülmüş ələktək çıxır, Özündən çıxanda fələktək çıxır, Hər səhər çıxanda pələngtək çıxır, Pişiktək qayıdır evinə adam..
Published online
Source: https://ayazarabaci.com/writing/cixir-kederinin-zirvelerine/