All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

buz gəlib, buz getdik hər görüşəndə,

Ayaz Arabaçı

buz gəlib, buz getdik hər görüşəndə, nə vaxt qışımızı yaz elədik ki. təəssüf heç nəyin əlacı deyil, o qədər çox şeyi az elədik ki..

mən çox arzulara vida elədim, içimdə bu qədər sızı olmadı.. sənin tellərinin bircəciyi də, mənim əllərimin qızı olmadı.

bütün sevgilərin ağrı-acısı, həp,bizdən sorulmuş ola bilirmi. hər yerdən "gözəlim"ayrılıq çıxır, könlümüz yorulmuş ola bilirmi.

Published online