Şeir · Azərbaycan
buz gəlib, buz getdik hər görüşəndə,
buz gəlib, buz getdik hər görüşəndə, nə vaxt qışımızı yaz elədik ki. təəssüf heç nəyin əlacı deyil, o qədər çox şeyi az elədik ki..
mən çox arzulara vida elədim, içimdə bu qədər sızı olmadı.. sənin tellərinin bircəciyi də, mənim əllərimin qızı olmadı.
bütün sevgilərin ağrı-acısı, həp,bizdən sorulmuş ola bilirmi. hər yerdən "gözəlim"ayrılıq çıxır, könlümüz yorulmuş ola bilirmi.
Saytda dərc olunub
Mənbə: https://ayazarabaci.com/az/writing/buz-gelib-buz-getdik-her-gorusende/