All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu saat, bu istidə

Ayaz Arabaçı

Bu saat, bu istidə nə Müslüm Maqomayevin heykəlini dartışacaq halım var, Nə də hansısa bir sərsəri ilə atışacaq halım var. Düşünmək üçün nə böyük çaba sərf etmək istəyirəm, Nə də ki, bir klassik səhv etmək istəyirəm. Nə keçmiş xatirtələrə həvəsim var, Nə də tünlükdə zarıyacaq səsim var. Dərdlərimlə bal ayındayam. Nəzarətdən çıxmış ürəyimin hayındayam. Əlimdə yarımçıq bir yazım var, Bitirməməyə çalışıram. Rəsmən dəlixanadayam, ağlımı, İtirməməyə çalışıram. Onsuz da ruhumu boş yerə Kifayət qədər yormuşam.. Məmləkətimin bütün ağrılarını özümdən sormuşam. Bağlıdı hədəfə uçurda biləcəyim sözlərin sərhəddi. Tənasüb qurmuram ki, incələyim hər həddi.

Published online