Poem · Azərbaycan
Bu şəhərdə min-min ağac varıydı,
Bu şəhərdə min-min ağac varıydı, Sən də bitib,yar ağacı olmusan. Meyvələri dərildikcə-dərilən, Şirin-şəkər bar ağacı olmusan.
Hər görəndə ağlım-huşum hallanır, Dodaqların ballandıqca ballanır, Yanaqların günəş kimi allanır, İsmət,abır,ar ağacı olmusan..
Nə olsun ki,soyuqluq var Ayda da, Qırma məni hər qanunda-qaydada, Həsrətindən üşüyürəm yayda da, Buz ağacı,qar ağacı olmusan..
Harda olsan o yer dönüb Hac olur, Gəl al,apar candan yaxşı bac olur, Meyvəsində İlahidən tac olur, Düz eləyib nar ağacı olmusan..
Könlün nədən buludlardan heç enmir, Gözüm sənsiz yan-yörəmi seçəmmir.. Adam baxıb ölümündən keçəmmir, Sən nə gözəl dar ağacı olmusan..
Published online
Source: https://ayazarabaci.com/writing/bu-seherde-min-min-agac-variydi/