All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu qan elə təzədi ki,tərdi ki,

Ayaz Arabaçı

20 yanvar faciəsinə.. dərin hüznlə..

Bu qan elə təzədi ki,tərdi ki,Unudulmaz üstən keçsə lap yüz il.Hər dinəndə anamızı ağladır.O kaman il,o qaboy,o qopuz il..

Qırıb tökdük bir həmlədə bütləri,Yadımdadı gəmilərin fitləri,Diddi bizi rusun qanıq itləri,Görməmişdik hələ belə quduz il..

Bəy oğullar,oğul xanlar apardı,Şəhərimi qızıl qanlar apardı,Altun kimi kimi baha canlar apardı,Min doqquz yüz doxsanıncı ucuz il..

Sonda z-dən,başda a-dan göynəyir,Uşaq-böyük hər bir adam göynəyir,Dincəlmədən,dayanmadan göynəyir,Axşam-sabah yaramızda o duz il.

Sızım-sızım neçə sim var İlahi,Üz tutası başqa kim var İlahi,Səndən bircə xahişim var İlahi,Bir də geri qayıtmasın o buz il.

Ayrı vaxtı hər kəsə sir oluruq,Mala-pula əsir-yesir oluruq..Bircə bu gün hamımız bir oluruq..Otuz ildi,otuz ildi,otuz il..

Published online