All poemsAyaz Arabaçı
AZ

Poem · Azərbaycan

Bu qara bayrağı haraya sancaq..

Ayaz Arabaçı

Bu qara bayrağı haraya sancaq.. Ay gözü dombalaq,ay başı yançaq, Odlar Diyarında doğuldum,ancaq, Gördüm qızınmağa od mövcud deyil.

Allahı özümə vəkil çağırdım.. Yetmədi köməyə təkim,çağırdım, Qəlbim qanadıqca həkim çağırdım, Dedi bu yaraya yod mövcud deyil.

Yüz nağıl eşitdim üç alma üçün.. Zaman qalmadı ki,öc almaq üçün.. Bu qartal ölkədə ucalmaq üçün, Düzünə heç yerə "xod" mövcud deyil.

Sinəmə illərin odunu yığdım, Dərdlərin codundan-codunu yığdım.. Girib xoşbəxtliyin kodunu yığdım, Yazdı ki,yığdığın kod mövcud deyil..

Published online