Poem · Azərbaycan
Bu lal,bu kar məmləkətdə,
Bu lal,bu kar məmləkətdə, Ahın çörək, nəvan,çörək.. Doğulandan-ölənəcən, Dərdin çörək-dəvan çörək..
Aram olmur ruhum süslə, Bir gün altla,bir gün üstlə, Hər alçaqla,nadürüstlə, Davan çörək,davan çörək..
Dəyirman öz işindədir, Yarındadır, eşindədir, Hamı çörək peşindədir, Qoca çörək..cavan çörək..
Quş quşlayan, ov edən çox, Dava çıxır, davadan çox, İndi sənin havadan çox, Havan çörək, havan çörək.
Bu xəyalın nəyi pisdi.. Bir az yanmış, bir az hisdi.. Əl boydaca gözəl isti, Dadlı yumşaq, rəvan çörək..
Hamımızı yıxır indi, Dost yanında sıxır indi.. İt ağzından çıxır indi, Bircə tikə yavan çörək...
Published online
Source: https://ayazarabaci.com/writing/bu-lal-bu-kar-memleketde/