Poem · Azərbaycan
Bu həmin o ordudu,
Bu həmin o ordudu, Qatil ordu, şər ordu...
Oturub Qarabağda fitnə-fəsad ordusu.. Mənim azadlığımın qatili və oğrusu. Bu həmin o ordudu, həmin o quduz ordu, Bütün yaralarımın üstündəki duz ordu. İyriminci qırmızı ordunun davamçısı, Əlində gorbagorun, "Gor'baçovun qamçısı. Bu həmin o ordudu, qatil ordu, şər ordu. Bu həmin o ordudu, həmin o peysər ordu.. Sülhməramlı adıyla Qarabağa soxulub, İlahi, gör necə də qara, ağa soxulub. Kimliyini bəlkə mən, salım bir daha yada.. Həmin qatil ordudu, qan tökür Ukraynada.. Həmin qatil ordudu acımır körpələrə, Həmin qatil ordudu xidmət eləyir şərə. Körükləyir durmadan hərbi, savaşı qansız, Köpəkbalıqlarıtək keçir hücuma ansız. Vurduğu yaraları axı kim uda bilər, Mənim qanlı tarixim necə unuda bilər. Necə unuda bilər, bölünmüş xəritəmi, Mənə cavab ver dayı, mənə cavab ver, əmi. O ağır yaraların necə sağalsın yeri, Bu boyda Vətənimi salıb min illər geri. Necə unuda bilər, Dəmirqapı Dərbəndi, Qan ağlayan şerimin hər misrası, hər bəndi. 20 yanvarda da yaşadıq o vəhşəti, Söz yox anladılası heç cürə bu dəhşəti.. Necə unudum axı onun tökdüyü qanı, Tüpürməzmi üzümə Şəhidlər Xiyabanı. İstəyirsiz ömürlük elə-belə də susun, Qopmasın ömrünüzdən qanlı caynağı rusun. Gündən- günə çoxaldın urus məktəblərini, Heçə sayın bu xalqın mücadilə tərini. Bölüb partiyalara milləti didişdirin. Ruhu bizdən olmayan manqurtlar yetişdirin. Verin nə istəsələr, sərvətdən cana kimi. Yalayın bıçağını məzlum bir dana kimi. Qa deyəndə qa verin, qu deyəndə qu verin, Baxın ukrainlərə, gözünüzə su verin. Salmayın bu vətəni ayağına itlərin, Bağlayın qapısını qanlı müsibətləırin, Düşünün dərin-dərin. Neçə ki, rus ordusu mənim torpağımdadır, Çörəyim də, suyum da, havam da zəhər dadır. . Rədd olub getməlidir əli qanlı bu ordu. Dünya susub bu işə çünki gözləri kordu.. Necə sülhsevər deyim, mən axı o cəllada, Tüklərim biz-biz durur saldıqca hər vaxt yada, Türkmənçayı, Arazı. Bu qondarma taledən narazıyam, narazı. Mən nifrət eləyirəm bu qanlı siyasətə. Sən ey.. qətiyyətli ol çevirmə bizi ətə..
Published online
Source: https://ayazarabaci.com/writing/bu-hemin-o-ordudu/